Kosmik stansiya və ya orbital stansiya — Yer kürəsinə yaxın orbitlərdə insanların kosmik fəzada uzunmüddətli elmi tədqiqatlar, kəşfiyyatlar, Yer səthi və atmosferinin müşahidəsi, astronomik müşahidələr aparması üçün nəzərdə tutulmuş kosmik aparat.
Orbital stansiyaya müxtəlif heyətlər xidmət göstərdiyi üçün kosmik nəqliyyat gəmiləri vasitəsilə ona vaxtaşırı kosmonavtlar və müvafiq yüklər daşınır. Pilotla idarə olunan ilk belə orbital stansiya 1971-ci ildə SSRİ tərəfindən buraxılmış "Salyut" orbiyal stansiyasıdır. 1973-cü ildə ABŞ-nin "Skayleb" orbital stansiyası orbitə çıxarıldı.
Orbital stansiyadakı avadanlıqlar bilavasitə kosmonavtların iştirakı ilə, eləcə də avtomatik rejimdə işləyə bilir. Bu da ondan bir çox elmi və tətbiqi məsələlərin (astrofiziki tədqiqatların, fiziki-texniki və tibbi-bioloji eksperiadentlərin, meteoroloji müşahidələrin aparılması s.) həlli üçün istifadə etməyə imkan verir.